MM -in iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanıbbackend

MM -in iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, iclasda \”Kredit büroları haqqında\” qanun layihəsi müzakirə edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Millət vəkilləri qanun layihəsi ilə bağlı təkliflərini səsləndirib.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, 4 fəsil, 23 maddədən ibarət qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

Interpress.az