\”Azəravtoyol\” ASC-dən İnterpress.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyatı qurumların və \”Azəravtoyol\” ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılıb və müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyac vardır.
Sözügedən ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparıldı.
Qeyd edək ki, “Azəravtoyol” ASC tərəfindən atılmış məqsədyönlü addımlar nəqliyyat axınına müsbət təsir edib.
İnterpress.az