Interpress.az- ın xəbərinə görə, 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar təsdiq edilən yeni təqvim planına əsasən, ümumtəhsil məktəblərində bu proses 10.07.2017-01.09.2017-ci il tarixlərini əhatə etməlidir. Peşə məktəblərində isə qiymətlərin təhsil sənədinə yazılması daha tez başlayır. 10.04.2017-ci il tarixdə başlayacaq proses 01.09.2017-ci tarixədək başa çatmalıdır.
Interpress.az