İnterpress.az xəbər verir ki, statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2014-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 25486 uşaq doğulub. Bu, həmin ildə diri doğulan bütün uşaqların 14,9 faizini təşkil edib. 2015-ci ildə isə bu tip nikahlardan 24038 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 14,5 faizini təşkil edib.
1990-cı illərdə nikahdankənar uşaqların sayı şəhərlərdə üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kəndlərdə artıb. (trend)
İnterpress.az