AzNews.az xəbər verir ki, sənətkarın oğlu Rəşad Zöhrabov dünyasını dəyişib. Maşın qəzası keçirən Zöhrabov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun ailəsindən AzNews.az-a verilən məlumata görə, Ramiz Zöhrabov oğlunun ölümündən xəbərsizdir. “Ramiz müəllim xəstədir, ona bu sözü demək olmaz”-deyə bəstəkarın ikinci həyat yoldaşı bildirib.
Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin xəbərlər departamentinin rejissoru olub.
İnterpress.az