Simvol Rusiyanın Birinci kanalında \”Veçernıy Urqant\” verilişində səsverməyə çıxarılıb. Canavar ilə yanaşı simvol ehtimalları arasında pələng və pişik də olub. Yekun nəticədə canavar 53%, pələng 27%, pişik isə 20% səs toplayıb.
Qeyd edək ki, dünya çempionatının oyunları 2018-ci ilin iyunun 14-dan iyulun 15-dək Rusiyanın 11 şəhərində 12 stadionda keçiriləcək: Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Soçi, Volqoqrad, Yekaterinburq, Samara, Kalininqrad və Rostov-da.
İnterpress.az