“Münaqişənin həlli üçün yaxşı imkan yaranıb”backend

“Münaqişənin həlli üçün yaxşı imkan yaranıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”, – deyə C. Uorlik söyləyib.

O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: “Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”. ( apa )

İnterpress.az