“Ermənistan törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır”backend

“Ermənistan törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, düşmənin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır:

“Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələr vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir və Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır. Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb. Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”.

İnterpress.az