Professordan AMEA-nın pul cəzasına münasibətbackend

Professordan AMEA-nın pul cəzasına münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Axar.az-a əməkdar jurnalist, professor Qulu Məhərrəmli Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi təklifinə münasibətində bildirib.

Q.Məhərrəmli deyib ki, dilin düzgün işlədilməsi inzibati qaydalarla yox, sevgi ilə mümkündür: “Milli heysiyyətə bağlı olan dil təəssübkeşliyi, içdən gələn sevgi olmasa, biz bu sahədə uğur qazana bilməyəcəyik. Üstəlik, yol hərəkəti sistemindən fərqli olaraq, biz hələlik dil normaları ilə bağlı qaydaları mükəmməl şəklə salmamışıq”.

Q.Məhərrəmli diqqətə çatdırıb ki, əvvəllər də “Dil polisi” yaratmaq, ədəbi normaları pozanları cərimə etmək barədə təşəbbüslər olub, amma yaxşı ki, bunlar müzakirə səviyyəsindən o yana getməyib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Möhsün Nağısoylu ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı təklifin irəli sürüldüyünü və bunun AMEA-nın rəhbərliyi tərəfindən bəyənildiyini bildirmişdi.

İnterpress.az