Beynəlxalq Bank işinə görə tutulmuş şirkət rəhbəri azadlıqdabackend

Beynəlxalq Bank işinə görə tutulmuş şirkət rəhbəri azadlıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müvafiq məhkəmə qərarı ilə A.Həsənov barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Xatırladaq ki, bu il may ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev,\”Azərbaycan Consaltinq Qrup\” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan şəxslər 2015-ci ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. ( report.az )

İnterpress.az