Gəncədə yolu keçmək istəyən qadını maşın vurubbackend

Gəncədə yolu keçmək istəyən qadını maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin yeni Gəncə qəsəbəsi ərazisində, 28 May küçəsində qeydə alınıb. Yolu keçmək istəyən şəhər sakini Dilbər Abdullayeva avtomobillə vurulub. Qəzanı törədən sürücü xəsarət alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İnterpress.az