İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata əsasən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Onlar liftin qapısını açaraq vətəndaşların çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 01:16-da başa çatıb.
İnterpress.az