Veriliş bütünlüklə Azərbaycana həsr olunub.
Verilişin əvvəlində aparıcı tamaşaçılara Azərbaycanın paytaxtını təqdim edərək Bakını təzadlar şəhəri adlandırıb.
Proqramda ölkəmizin zəngin tarixi-mədəni irsindən, turizm imkanları haqqında danışılıb.
Reportajda həmçinin, \”İçərişəhər\”in tarixi abidələri haqqında məlumat verilib.
Proqramın aparıcısı eləcə də Qəbələ, Şəki kimi şəhərlərdə, \”Şahdağ\” turizm və \”Qalaaltı\” tibbi-sağlamlıq kompleksində olub.
Andrey Şlyapnikov Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirildiyini, habelə nüfuzlu idman yarışları – \”Formula 1\”, Avropa oyunları, Ümumdünya şahmat olimpiadasının keçirilməsindən bəhs edib. O, həmçinin qeyd edib ki, 2017-ci ildə Bakıda IV islam Həmrəylik Oyunları və daha bir mötəbər idman yarışı Avro-2020-nin 1/4 mərhələsinin görüşləri keçiriləcək.
Jurnalist idmandan başqa, Azərbaycan mədəniyyəti və milli mətbəxi barədə də ətraflı məlumat verib.
İnterpress.az