İkimərtəbəli binada hörgü işləri başa çatıb. Hazırda dam örtüyünün vurulması və qapı-pəncərənin quraşdırılması işləri görülür. Bağçada su anbarı tikiləcək, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istixana quraşdırılacaq. Müəssisənin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq.
Uşaq bağçasının bu ilin axırlarında istifadəyə verilməsi nəzərdə tutulub.
İnterpress.az