İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, Mark Ayrault 15 iyul çevriliş cəhdinin onda şok effekti yaratdığını söyləyib. O, Türkiyənin bu cəhddən sonra əhəmiyyətli qərarlar almasını yüksək qiymətləndirərək, fövqəladə hal elan olunmasını proseslərin demokratikləşməsi üçün vacib olduğunu vurğulayıb.
Avropa Ittifaqi ilə Türkiyə arasındakı viza şərtlərinin müzakirəsinə toxunan nazir bildirib ki, indi Avropa və Türkiyənin bir birinə həmişəkindən çox ehtiyacı var. Sonda isə Ayrault deyib: “Demokratiya sınağından sonra normal hala qayıtmaq çox vacibdir”.
İnterpress.az