İnterpress.az “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Bursadakı çıxışı Hizbullah liderini hiddətləndirib. Ərdoğan çıxışında bu sözləri söyləmişdi: “Hələb kimi keçmişdə bizə aid olan torpaqlar, İslam mədəniyyətinin qədim şəhərləri viran qaldı. Eyni şəkildə İraqın Mosul və Kərkük şəhərləri də əvvəllər bizim idi. Mən tarix dərsi verirəm,anlayın”
Həsən Nəsrullah isə Ərdoğanın bu sözlərini tənqid edib: “İraqlılar Mosul üçün mübarizə aparır, qarşılığında isə Türkiyə gəlib deyir ki, Mosul Türkiyənindir, Türkiyəyə geri verilməlidir. Hələbdə de eyni cür. Hələb bizimdir, Suriyanın yox, deyirlər”.
İnterpress.az