Gülənin qardaşı övladları saxlanılıbbackend

Gülənin qardaşı övladları saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Gülənin qohumları hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

Saxlanılanlar FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda, həmçinin \”ByLock\” adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları \”ByLock\” əlaqə proqramı vasitəsilə göndərirmiş.
Xatırladaq ki, daha əvvəl İzmirdə Gülənin qardaşı Gülən Kutbettin saxlanılıb. Xarici səfərdən Türkiyəyə qayıdandan sonra o, qohumunun evində həbs edilib.
Axtarış zamanı polis, Kutbettinin evində qardaşının bir çox kitabını aşkarlayıb.

İnterpress.az