İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, Katerina Stone adlı gənc qız Nevadada qanuni fəaliyyətdə olan fahişəxanada bəkarətini satışa çıxarıb.
Ailəsiylə birlikdə yaşadığı evlərinin yanmasından sonra çətin günlər keçirdiklərini söyləyən Stone ailəsinin yeni bir ev alması üçün, fahişəxananın administratoru Dennis Hofa müraciət etdiyini söyləyib.
Gənc qız ailəsi üçün bu fədakarlığı etmək istədiyini deyib. Katerina Stone əlavə edib: \”Bunu edirəm çünki ailəmi çox sevirəm\”.
Hal-hazırda Katherinanın bakirəliyi üçün verilən ən yüksək məbləğ 400 min dollara çatıb.
CNN-ə müsahibə verən gənc qız: \”Mən doğru seçim etdim. İqtisadiyyatın bu zəif durumunda məni günahlandıra bilərsinizmi?” – deyib.
Katerina ilk dəfə cinsi münasibətə girəcəyi insana səslənib: \”Aramızda hisslərin olacağına ümid edərək səni gözləyirəm. Bu münasibət ikimiz üçün də özəl olmalıdır. Düşünürəm ki, bu münasibət yalnız pul üçün olmayacaq”-deyə Katerina bildirib.
İnterpress.az