Klounlar uşaq çıxdıbackend

Klounlar uşaq çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da, iki ilə qədər davam edən kloun epidemiyası keçdiyimiz günlərdə Avropada da yayılmağa başladı.
Xüsusilə son günlərdə Almaniyada bir çox klounlarla bağlı hadisələr qeyd olunub.
Xatırladaq ki, kloun maskalı şəxslər gizləndikləri yerlərdən insanların önünə çıxaraq əllərindəki mişar ya da çubuqlarla onları qorxudurdular.
Qeyd olunur ki, keçən cümə axşamı Almaniyanın Vuppertal şəhərində də iki kloun insanları vahiməyə salıb.
Lakin polis hadisə yerinə gəlsə də cinayətkarları tuta bilməmişdi. Ancaq ertəsi gün iki səxs polisə təslim olub. Onlardan birinin 11, digərinin 14 yaşı olduğu ortaya cıxıb.
İctimai asayişi pozduqlarına görə xəbərdar edilən iki uşaq ailələrinə təslim edilib. Polis həmçinin qeyd edib ki, bu yaxınlarda 31 oktyabrda keçiriləcək Halloween bayramında hücumların artmasından narahat olduqlarını və əvvəlcədən tədbirlər görüləcəyini də bildirib.

İnterpress.az