Hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb. \”Daewoo\” markalı maşın yolun kənarında maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin – 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. ( apa )
İnterpress.az