İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyənin Niğde şəhərində ən böyük sənayə quruluşlarından biri olan “Birko” şirketinin keçmiş idarə heyətinin müdiri və “Koyunlu Halı”nın sahibi 75 yaşında Ərdoğan Mumcu dünən axşam Ankarada oğlunun iş yerindən çıxarkən yolu keçmək istəyib.
Lakin sürətlə keçən bir motosikletin vurması nəticəsində keçmiş rəhbər yerindəcə dünyasını dəyişib, oğlu isə yaralanıb.
Qeyd olunur ki, 3 uşaq atası Ərdoğan Niğdedə Mütəşəkkil Sənaye Bölgəsi İdarə heyətinin Başçısı, həmçinin İdarə heyətinin üzvü idi.
Niğdeden AKP-dən millət vəkilliyinə namizəd olan Mumcu, anası Nahidə Koyunlunun yanına dəfn edilib.
İnterpress.az