Mövzunu İnterpress.az-a şərh edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sabiq müavini Hacı Eldar Mikayılzadə bildirir ki, bir millətə kənardan gələn hər bir şey yamaqdır:
\”Təbii yolla illərlə bir yerdə yaşayan xalqların adət ənənəsinin bir-birə ötürülməsi başa düşləndir. Amma bu cür bayramalar sadəcə bizim millətə yamaqdır. Bu ənənə qədim maya hindulardan gəlib. Avropada bu ənənə uzun sürmədi. Amma hələdə Amerika qitəsində yaşanmaqdadır. İnanc isə belədir ki, qədim hindular bildirirlər ki, dünyasını dəyişən şəxs ölümdən sonra yaxın zamanda evinə baş çəkir. Hindularda qəbirstanlıqdan həmin şəxsin evinə kimi şam yandırırlar ki, ölülər yollarını azmasınlar. Məhz onların gəlişini bayram kimi qeyd edirlər. Biz də dünyasını dəyişən şəxsləri məgər ziyarət etmirik? Edirik! Bunun üçün Novruz Bayramı, Ramazan Bayramı kimi digər bayaramlarımız var. Belə bayaramı qeyd etməyə heç bir lüzum yoxdur. Bu sadəcə qərbin bir təxribatdır. Amma dediyim kimi bizdə bu ənənə baş tutmayacaq. “Ölülərin bayramı” sadəcə yamaq olaraq qalacaq”.
Gülşanə Mustafayeva
İnterpress.az