İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi mətbuat katibi Mariya Zaxarova Qərbin Hələbdəki vəziyyətin günahını Rusiyanın üzərinə atma səylərinin saxtakarlıq olduğunu bildirib.
Zaxarova Hələbə humanitar yardıma qərb ölkələrin dəstəklədiyi terrorçular tərəfindən maneə törətdiklərini vurğulayıb:
\”Hələbə, əsəb və gərginlik keçirən bir ölkəyə humanitar yardımın qarşısını alan terroristlərin hərəkətləri birmənalı şəkildə qorxuludur. Bunu görürlər, susurlar və heç bir addım atmırlar. Əl Nusranı pisləyirlər, tənqid edirlər, daha sonra isə vətəndaşlara göndərilən qida məhsullarının və dərmanların talan olmasını izləyirlər. Bu vəziyyətdə BMT Təhlükəsizlik Şurasının Hələbdəki humanitar fəlakətdən dolayı Rusiyanı günahlandırması saxtakarlıqdır”.
İnterpress.az