Bunu İnterpress.az--a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
“Bakı Vaqon Deposunda \”ASAN qatar\” sisteminin tətbiqi ilə bağlı 3 xüsusi vaqon hazırlanır. Vaqonlar 2016-cı ilin axırına qədər tam hazır olacaq. \”ASAN qatar\” növbəli qaydada ölkədə bütün istiqamətlərdə – həm şimal, həm cənub, həm şimal-qərb, həm qərb və cənub-qərb istiqamətlərində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin olaraq qatarın 3 vaqondan ibarət olması nəzərdə tutulub. Vaqonlar bütün lazımi avadanlıqlarla təchiz olunacaq. Eyni zamanda vaqonlarda \”ASAN xidmət\”in işçiləri üçün bütün lazımi şərait yaradılacaq.
“ASAN xidmət” Mərkəzinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov isə bildirir ki, “Səyyar ASAN” xidmət 3 il ərzində ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzərək xidmətləri vətəndaşların qapısına gətirdi. Bununla da minlərlə vətəndaşın məmnunluğu təmin edildi. Vətəndaş məmnunluğuna yol açan xidmətimiz missiyanın davamı olaraq “Səyyar ASAN” qatarlar vasitəsi ilə vətəndaşlara xidmət göstərməyi hədəfləyir:
“ Səyyar ASAN qatarları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Dəmiryol nəqliyyatı bir çox özünəməxsus üstünlüklərə sahibdir. Uzaq məsafələrə yüksək sürətlə hərəkət etmə, müntəzəm hərəkətlilik, digər nəqliyyat vasitələri ilə müqayisədə xərclərinin daha az olması ilə seçilir. Sadalanan üstünlükləri nəzərə alaraq minimal xərclərlə vətəndaşlara xidmətlərin çatdırılmasında maksimal nəticələrin əldə edilməsi mümknüdür. \”Səyyar ASAN\” nın qatar hərəkət trayektoriyası əvvəlcədən müəyyən edilmiş cədvələ və istiqamətlərə uyğun olaraq hərəkət edəcək. bununla bağlı ictimaiyyətə və KİV-ə əvvəlcədən məlumat veriləcək.”.
Gülşanə Mustafayeva
İnterpress.az