İnterpress.az xəbər verir ki, yığıncaqda Azərbaycanda yeganə fransızdilli qəzet olan “Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru, www.lecarrefour.az saytının rəhbəri Zeynab Kazımova iclasda işçtirakçıların yekdil səs çoxluğu ilə birliyin Azərbaycan bölməsinin rəhbəri seçilib. Həmçinin, daxili struktur müəyyənləşdirilib. Z. Kazımova gələcəkdə Birliyin Azərbaycan bölməsində olan jurnalistlər üçün fransız dili kurslarının təşkilinin planlaşdırıldığını deyib.
Qeyd edək ki, BFMB 1950-ci ildə təsis olunub və BMT, UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan jurnalistlər birliyidir.
İnterpress.az