İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, gənc oğlan futbol oynayarkən oyunçulardan biri onun başına ayağı ilə zərbə endirib.
Gənc oğlan huşunu itirir və onu təcili sürətdə helikopterlə Atlanta klinikasına gətiriblər.
Oğlan aldığı ağır zərbədən komaya düşür. Ayıldıqdan sonra isə öz ana dilində yox, ispanca danışmağa başlayır.
Hal-hazırda oğlanın vəziyyəti kafidir. O hələ də huşunu itirmiş vəziyyətdədir.
Hətta oğlanın müalicəsinin davamı üçün xüsusi fond yaradılıb. Futbolçu ümidini itirməyərək yenidən sağalacağını və oyuna qayıdacağını düşünür.
İnterpress.az