Hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu \”Premier Expo\” hotelində qeydə alınıb.
Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.
Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.
O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır. ( report.az )
İnterpress.az