İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, qarşıdurma bu gün Hindistanın şərqində yerləşən meşədə baş verib.
İnsident nəticəsində 2 nəfər polis dünyasını dəyişib. Qeyd olunur ki, maoist-üsyançılar Hindistan üçün ən böyük daxili təhlükə hesab olunurlar.
1000-dən çox döyüşçü üzvü olan maoistlər Hindistanın 20-dən çox bölgəsində fəaliyyət göstərir.
Xatırladaq ki, 2010-cu ildən bəri üsyançılar tərəfindən törədilən zorakılıqlar nəticəsində 1000 nəfərdən çox insan öldürülüb.
İnterpress.az