İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, girovlar Kambodji, Vyetnam, İndoneziya, Çin və Filippin vətəndaşları olub.
Girovların sözlərinə görə onlar iztirablı şərait altında ac və susuz yaşamağa məcburdular.
Onlara hətta siçovul belə yedizdirirlərmiş. “Üstümüzə gələrək -Sən bu siçovulu yeməlisən, xoşun gəlsə də gəlməsə də. Bizimlə heyvan kimi rəftar edirdilər, ”-deyə əsir düşmüş dənizçilərdən biri Arnela Balbero BBC kanalına bildirib.
Qeyd olunur ki, əsir düşmüş dənizçilərin azadlığa buraxılması üçün yüksək məbləğdə pul tələb olunub.
Xəbər verirlir ki, 26 dənizçi artıq azad olunub və yaxın zamanlarda evlərinə dönəcək. Dənizçilərdən üçü dünyasını dəyişib.
İnterpress.az