İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Los Ancelesdə yaşayan 41 yaşlı Rene Lopesin yeniyetmə qızına ilk öncə ailə dostu təcavüz edib.
Qızı qorumaq əvəzinə “ata” 2009-cı il may ayından başlayaraq müntəzam olaraq qızına təcavüz edirmiş.
Bu proses qızın 20 yaşına çatanacan davam edir. Nəhayət qız evdən qaçaraq atasından canını qurtara bilir.
Lopes cinayəti boynuna alsa da bütün günahları qızın boynuna atır.
Araşdırmalar nəticəsində, Lopes 186 cinsi təcavüz xarakterli cinayətin törədilməsində ittiham olunub.
Hakimin sözlərinə görə, Lopes cəmiyyət üçün böyük təhlükə təşkil etdiyi üçün o azadlıqdan ömürlük məhrum olunmalıdır.
İnterpress.az