“Bacım 300 illik abidəni məhv edib”backend

“Bacım 300 illik abidəni məhv edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Gülnarənin kiçik bacısı, Lola Kərimova-Tillayeva Daşkənddə ən qədim məscidlərdən birinin yenilənməsindən və mərhum prezidentin şərəfinə adlandırılmasından facebook səhifəsində yazıb.
Gülnarə Kərimova isə onun bu davranışını tənqid edərək tvitter hesabında bu sözləri yazıb:
“Səlimi əlinizə doladınız (Səlim Abdullayev özbək iş adamı) onun hesabına məscid tikilib, bacım isə yazır ki, guya ki butik tikdirib. Ağlım başımdadır, yaxşı xatırlayıram ki, Loloçka Özbəkistan Yuneskonun nümayəndəsi hesab olunur. 300 illik tarixə məxsus bir məscidi dağıdıb, tarixdən silib. Atam hər zaman tarixi abidələrin sökülməsinə qarşı çıxırdı. Bacım həmişəki kimi yenə də öz bildiyini edir. Mən həmişə Loladan fərqli olaraq xalqımın yanında olmuşam, ehtiyacı olanlara yardım etmişəm. Həyatımı boşuna keçirməmişəm. O həmişə uşaqlarının xəstə olduğunu bəhanə gətirərək ictimai işlərdən boyun qaçırıb”.

“Bacım 300 illik abidəni məhv edib”

İnterpress.az