Interpress.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru, cərrah –uroloq Rəşad ŞOLAN yeni bir metodla cərrahi əməliyyat apardığından danışarkən bildirib.
“Tibb elmində buna – “tək port laparoskopik cərrahiyyə (single port laparoscopic surgery)” deyilir”.
Qeyd edək ki, 57 yaşlı kişi pasiyentə bir göbək dəliyindən girilərək laparoskopik əməliyyat aparılıb . Böyrəyin kistik törəməsindən əziyyət çəkən 57 yaşlı Firdovsi Yusifkənan üzərində aparılan 39 dəqiqəlik əməliyyatla törəmə göbəkdə açılan 1-2 sm-lik dəlikdən çıxarılıb. Xəstə ertəsi gün evə buraxılıb.
İnterpress.az