İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində yaşayan 36 yaşlı İman Əhməd Abdulati artıq 25 ildir ki evdən çölə çıxmır.
O nə oxumağı nə də ki yazmağı bacarır. İmanın qulluğunda anası və bacısı durur. Uşaq vaxtı İmana fil xəstəliyi diaqnozu qoyulub. Anasının sözlərinə görə onu bu dərəcəyə gəlib çatması atasının ölümündən sonra depressiyaya düşməsi olub. İmanın anası və qohumları yerli səhiyyə nazirliyinə qızlarının Qahirədə əməliyyat olunmasına yardım etmələri üçün müraciət ediblər. Qeyd olunur ki, dünyanın ən kök qadını (544 kq) Kerol Yaqer ABŞ-da 34 yaşında dünyasını dəyişib. Hal-hazırda İmanla bərabər ABŞ-da daha bir 36 yaşlı Maya Rozales artıq çəkidən (470 kq) əziyyət çəkir.
İnterpress.az