Hadisə M.Ə.Rəsulzadə qəsəbəsi, Sərabski küçəsi 18 ünvanında qeydə alınıb.
1982-ci il təvəllüdlü İsmayılov Amil Qnyaz oğlu qonşusu ilə mübahisə edib. Söz mübahisəsi əlbəyaxa davaya çevrilib. A.İsmayılov qonşusunun bel ilə hücumuna məruz qalıb. Baş və bədən nahiyəsindən aldığı xəsarətlərdən huşunu itirən A.İsmayılov 1 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır. ( report.az )
İnterpress.az