Polis qadınların sayı açıqlandıbackend

Polis qadınların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib. Onun sözlərinə görə, zorakılıqla bağlı cinayətlərin sayı 1747 olub: “Bu hüquqazidd əməllərə görə, 2 104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 13 faizi və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verib”.

Şöbə rəisi əlavə edib ki, 9 ay ərzində qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb.
DİN rəsmisi qeyd edib ki, bu gün daxili işlər orqanlarında 2860 qadın xidmət edir ki, onlardan 1347-si xüsusi rütbəli, 1 513-ü isə mülki işçilərdir. (azvision.az)

İnterpress.az