İnterpress.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ-ın Rusiyadakı eks-səfiri Maykl Makfol paylaşıb.
“Bəlkə “Vikiliks”ə xəbər saytı kimi müraciət etməyi dayandırasınız? Bu xarici agent Rusiyanın dəstəyi və oğurlanmış informasiyaların yayımlanması ilə fəaliyyət göstərir”, – eks-səfir söyləyib.
Qeyd edək ki, Makfol 2012-2014-cü illərdə Rusiyada səfir olub. O, ABŞ Dövlət katibi Hillari Klintonla birgə Rusiya ilə münasibətlərin yenilənməsi siyasətinin əsas memarlarından hesab edilir.
İnterpress.az