Bakıda sürüşmə – Zığda evlər təhlükə altındabackend

Bakıda sürüşmə – Zığda evlər təhlükə altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Rafiq Həsənov deyib. O daha çox Zığ sürüşmə zonasında aktivliyin müşahidə edildiyini bildirib: \”Dünən həmin ərazidə monitorinqlər işləri aparılıb.

Lokal sahələrdə uçqun proseslərinin baş verməsi qeydə alınıb. Qaynar xəttə gələn zənglərlə əlaqədar bəzi ərazilərdə də monitorinqlər aparmışıq. Bütün ərazilərdə aparılan monitorinqlərdə müəyyən dərəcədə aktivlik müşahidə edilib. Əgər intensiv yağışların yağması baş verərsə, o zaman həm Zığ, həm Bakı və Abşeron yarmadasında, həm də respublika ərazisində sürüşmə sahələrində aktivlik yenidən arta bilər”.

R.Həsənov qeyd edib ki, sürüşmə sahələrinin qarşısını almaq üçün xeyli işlər görülməlidir: \”Bunun böyük vəsaitlər ayrılmalıdır”.
Qurum rəsmisi Zığ sürüşmə sahəsində baş verən çökmə, oturma, uçqun prosesləri zamanı yetərincə ərazidəki evlərə ziyan dəydiyini vurğulayıb: \”Evlərdə və divarlarda çatlar əmələ gəlib. Onlarda müəyyən fəsadlar törədib. Necə illərdir ki, bu baş verir. Hazırda bu proses hələ də davam edir.

Dövlət tərəfindən bəzi tədbirlər görülüb. Demək olar ki, tam qəzalı evlərdən əhali köçürülərək onlar üçün müəyyən şərait yaradılıb. Prosesin qarşısını almaq üçün əvvəlki illərdə aidiyyəti qurumlar tərəfindən istinad divarları tikilib. Amma yenə də bu yetirəncə deyil. Çünki ərazidə yamacın şaquli kəsilməsi texnogen amillərin təsirindən baş verir. Yağışlar da buna təsir edir.

Yəni əhali tərəfindən həmin yamacın şaquli kəsilməsi dağ yamacın dayanıqlılığını itirir. Bu zaman həmin ərazidə sürüşmə daha da aktivləşir. Əhali birbaşa yamaca müdaxilə etməklə müəyyən problemlər yaranır. Daha sonra atmosfer çöküntələrinin təsirindən yağıntıların yerə hopaması bunu tezləşdirir. Bu da prosesə öz mənfi təsirini göstərir”. (modern)

İnterpress.az