Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib. Deputat bildirib ki, sabahkı komitə iclasında bu qanunlara əlavə və dəyişiklər ediləcək:
“Sabah “Psixoloji yardım haqqında” qanun layihəsinə baxılacaq. Cənab prezidentdən gələn “Dərman vasitələri haqqında” qanun layihəsi və “Orqan və toxumaların transplantasiyası haqqında” qanun layihəsinə əlavə və dəyişiklər edilməsi müzakirə olunacaq.
Bu əlavə və dəyişiklərin əsas mahiyyəti bu qanunları “Reklam haqqında” qanuna uyğunlaşdırmaqdır”.
İnterpress.az