Qiyasa hökm oxundu – 10 ilbackend

Qiyasa hökm oxundu – 10 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Q.İbrahimli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.İbrahimli Cinayət Məcəlləsinin 234.4.1-ci ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməklə;) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədilməklə) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
Q.İbrahimli ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib. (qafqazinfo)

İnterpress.az