İnterpress.az xəbər verir ki, məlumatı Capitolio TV yayıb. Məlumatda bildirilir ki, əksəriyyəti müxalifətçilər olan parlamentarlar Maduronun noyabrın 1-də ali qanunverici məclisə çağırılması təklifinin də lehinə səs veriblər.
Xatırladaq ki, ölkə müxxalifəti Nikolas Maduronu referendum vasitəsilə hakimiyyətdən kənarlaşdırmaq istəyir. İqtidardakı Sosialist Partiyasının əleyhdarları referendumun keçirilməsi üçün səs toplamağa başlayıblar.
Müxalifətçilər üçün referendumu 2017-ci il yanvarın 10-dək keçirmək çox önəmli məsələdir, çünki referendum həmin tarixdən gec keçirilərsə, Maduro prezident postundan kənarlaşdırılsa belə, 2019-cu ilədək ölkəni onun təyin edəcəyi vitse-prezident idarə edəcək.
Bir daha xatırladırıq ki, son parlament seçkilərində deputat yerlərinin əksəriyyətini müxalifətçilər qazanıb. Siyasi böhran həm də ölkənin əsas ixracat malı olan neftin qiymətinin dünyada düşməsi səbəbindən, iqtisadi problemlərin artması fonunda baş verir.
İnterpress.az