İnterpress.az – ın sorğusuna cavab olaraq “Azəravtoyol” QSC- nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, Cəlilabad-Soltankənd yolundan başqa, yeni salınan yollardda belə bir hal müşahidə olunmayıb. Bir də Muğanlı-Yevlax yolunun Şərədil kəndi ərazisində bu ilin yaz aylarında çökmə olub:
“Orada sürüşmə heç vaxt qeydə alınmayıb. Ancaq ilk dəfə yaz aylarıında baş verdi və nəticədə yolun bir hissəsi çökdü. Hazıda orada qabaqlayıcı tədbirlər görülüb, mühəndisi qurğular, istinad divarları inşa edilib. Ümumulikdə yeni yollardan 2- də belə hal qeydə alınıb. Köhnə yollarda da aktiv sürüşmə zonaları var. Bu zonalara da sel suları nəticəsində ziyan dəyib. Digər çökmə faktı isə torpaq kənd yollarında qeydə alınıb”.
Gülşanə Mustafayeva
İnterpress.az