Beynəlxalq tədbirdə azərbaycanlı gəncin təklifi dəstəkləndibackend

Beynəlxalq tədbirdə azərbaycanlı gəncin təklifi dəstəkləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə Azərbaycanı “Avropanın Gənc Azərbaycanlı Dostları İB” (AYAFE)-nin sədri Fəraim Əkbərov təmsil edib. Tədbirin əsas müzakirə mövzuları beynəlxalq könüllülük proqramları və iş düşərgələrinin təşkilinin cari vəziyyəti və gələcək planlar olub.

Müzakirələr zamanı Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və könüllülük proqramları haqqında tədbir iştirakçılarına ətraflı təqdimat verilib, o cümlədən, növbəti ildə Azərbaycanda bir sıra beynəlxalq könüllülük proqramlarının həyata keçirilməsi ilə bağlı AYAFE-nin təklifi dəstəklənib.

Tədbir çərçivəsində, həmçinin Avropa, Amerika və Asiyadan olan bir neçə könüllü gənclər təşkilatları ilə mümkün əməkdaşlıq müzakirə edilib və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Mərkəzi ofisi Belçikanın Antverpen şəhərində yerləşən Benyəlxalq Mülki Xidmət (SCI- Service Civil International) 1920-ci ildə yaradılıb, dünyanın müxtəlif qitələrində fəaliyyət göstərən 50-dən çox filialı və çoxsaylı tərəfdaşları birləşdirən və konüllü xidməti təşviq edən ən böyük beynəlxalq təşkilatlarından biridir. AYAFE 1998-ci ildən SCI-in Azərbaycanda yeganə rəsmi tərəfdaş təşkilatıdır.

İnterpress.az