İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.
Nazir həmçinin deyib ki, Suliya ştatında baş verən iğtişaşlar zamanı bir qrup etirazçıya atəş açan 3 polis əməkdaşı barəsində araşdırma aparılır.
Oktyabrın 26-da Venesuelanın bir sıra regionlarında həm iqtidar, həm də müxalifət tərəfdarlarının nümayişləri keçirilib. “Foro Penal” qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun sözlərinə görə, müxalifətin aksiyalarında 20 etirazçı yaralanıb, azı 140 nəfər polis tərəfindən saxlanılıb.

İnterpress.az