Ərdoğan və Obamadan kritik görüşbackend

Ərdoğan və Obamadan kritik görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin rəsmi saytında bu ifadələrə yer verilib:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti cənab Barak Obama arasında Çərşənbə axşamı reallaşan telefon görüşməsində DAEŞ-lə mübarizə barəsində önümüzdəki mərhələlərin necə olacağı müzakirə edilib. ABŞ prezidenti Obama, Türkiyə-Suriya sərhəd bölgəsini DEAŞ-dən təmizləyən Azad Suriya Ordusuna dəstək verməklə Türkiyənin bu mübarizədə oynadığı rolu xüsusi vurğulayıb. Prezident Ərdoğan və ABŞ prezidenti Obama, Suriya xalqı, Türkiyə, ABŞ və digər ölkələrə istiqamətli təhdidin azaldılması üçün hal-hazırkı müvəffəqiyyətli prosesin və DEAŞ-ə qarşı təzyiqlərin davam etdirilməsi lazım olduğunu bildiriblər. ABŞ prezidenti Obama, Türkiyənin DEAŞ əleyhdarı koalisiyaya uyğun səviyyədə və formada iştirakı mövzusunda Türkiyə və İraq arasında davam edən dialoq prosesini məmnuniyyətlə qarşıladığını ifadə edib. İki lider, İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiq etmişlər. Bölgənin DEAŞ və PKK daxil bütün terror təşkilatlarından təmizlənməsi lazım olduğuna işarə edən Ərdoğan, Mosuldaki əməliyyatın həssaslıqla icra edilməsinə də diqqəti çəkmişdir. İki lider, başda Suriya və İraq olmaq üzrə bölgədə DAEŞ-ə qarşı mübarizə mövzusunda qətiyyətlərini təsdiq etmişlər. Prezident Ərdoğan və ABŞ prezidenti Obama, Şimali İraqda PKK-nın mövcudluğuna icazə verilməməsinin lazım olduğu barədə da razılığa gəliblər\”.

İnterpress.az