Adi qazsız, içməli suyun üzərində qiymətlər niyə yazılmır?backend

Adi qazsız, içməli suyun üzərində qiymətlər niyə yazılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manat ucuzlaşandan sonra istənilən qida məhsulların qiyməti ceyran belindədir. Bahalaşma ərzaq dükanlarında bir başqa cür təzahür edir. Məsələn, adi içməli suyu bahalaşmadan öncə 20 qəpiyə alırdıqsa, indi bu qiymət 20-30 qəpik arasında dəyişir. Əvvəllər BONAQUA içməli suyunun üzərinə qiyməti 20 qəpik olduğu yazılırdı. Qiymətlər bahalaşandan sonra içməli suyun üzərində məshulun dəyəri göstərilmir. Bu da ona gətirib çıxardırıq ki, 20 qəpiklik suyu ya 30 qəpiyə, yad da ki, 40 qəpiyə almalı oluruq. Sahibkara sübut edə bilmirk ki, suyun qiyməti 20 qəpik olduğu halda niyə baha satıır?
Adi qazsız, içməli suyun üzərində qiymətlər niyə yazılmır? Sualını İnterpress.az
-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, qanunvericilikdə, istehsalçı məshulun üzərinə qiyməti yazması nəzərdə tutulmayıb:
“Nazirlər kabineinin 95 sayılı qərarına görə satılan malın üzərində qiymətin yazılması istehlakçının məhsula ilkin qiyməti tətbiq etməsi kimi görünür. Qanunvericilikdə belə bir hal yoxdur. Qiymət məhsulun üzərinə yazılmamalıdır. Azad bazar iqtisadiyyatında satıcı istənilən malı istənilən qiymətə sata bilər”.

Gülşanə Mustafayeva
İnterpress.az