“Qanunun tətbiqi ilə psixoloji yardımın keyfiyyəti yüksələcək”backend

“Qanunun tətbiqi ilə psixoloji yardımın keyfiyyəti yüksələcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzakirələrdə şəxsən iştirak edən psixoloq Elnur Rüstəmov qanun layihəsini İnterpress.az üçün şərh edib.

Azərbaycanda bir çox sahədə psixoloji yardımın mövcud olduğunu qeyd edən psixoloq bildirib ki, belə bir qanunun tətbiq edilməsi ilə bu dəstəkdən yararlananların sayını artacaq, eyni zamanda psixoloji yardımın keyfiyyəti də yüksələcək.
“7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində nəzərdə tutulub ki, konfliktlərin idarə edilməsi, həm dövlət, həm özəl müəssislərdə iş mühitinin yaxşılaşdırılması istiqamətində müxtəlif təlimlər verilsin”.

Həmçinin işə qəbul zamanı namizədlərin müəyyən bir psixoloji testdən keçməsi ilə bağlı Elnur Rüstəmov bu sözləri söyləyib:

“Azərbaycanda bəzi müəssisələr, şirkətlər işə qəbul zamanı namizədlərin psixi sağlamlığını yoxlayır. İş yerlərində bunu məhz insan qaynaqları departamenti həyata keçirir. Qanun layihəsinin tətbiqi ilə bu sahədə yeni tendensiyalara nail olunacaq, belə ki psixoloji testlər və söhbətlər vasitəsilə sağlam insanlar işə seçiləcək”.

Sonda psixoloq qeyd edib ki, ölkədə psixi sağlamlıq mərkəzinin yaradılması, dövlət xəstəxanalarında, təhsil müəssisələrində psixoloq ştatının mövcudluğu bu mövzunun daim diqqət mərkəzində olduğunu sübut edir.

Aytək Yusifsoy
İnterpress.az