İnterpress.az “Rudaw”a istinadən xəbər verir ki, BMT-nin Baş Assambleyasında embarqonun aradan qaldırılması ilə bağlı bir dəfə də qərar əzici çoxluğun rəyinə əsasən verilmişdi. Lakin, qərar icra edilmədiyinə görə ABŞ-ın Kubaya embarqo tətbiq etməsi məsləsi bir daha gündəmə gəlib. Maraqlıdır ki, embarqonun ləğvinə bu dəfə ABŞ və İsrail də səs verib, beləliklə, 50 ildən çoxdur ki tətbiq edilən embarqo tarixində tarixi gün yaşanıb.
ABŞ-ın BMT-də daimi nümayəndəsi Samanta Pover bildirib: “ABŞ-ın Kuba hökümətinə qarşı həyata keçirdiyi siyasət elli ildən çoxdur ki, onun təklənilməsinə yönəldilmişdi. BMT-də hər dəfə embarqonun ləğvi ilə bağlı təklif irəli sürüləndə biz yox dedik, lakin bu gün belə olmayacaq. Biz Kuba xalqı üçün fürsətlər açırıq”.
Kuba Xarici İşlər Naziri Bruno Rodriqo isə ABŞ nümayəndəsinə təşəkkür edib.
İnterpress.az