İnterpress.az xəbər verir ki, bu haqda Rusiya Turopertorları Assosiasiyası “Turizmdatabank”ın tədqiqatlarına istinadən məlumat yayıb.
Hesabatın müəllifləri qeyd edirlər ki, keçən il ilə müqayisədə Türkiyə 9,5 milyon xarici qonaq, 10 milyard dollar itkiyə məruz qalıb.
Bundan əlavə, 2015-ci il ilə müqayisədə bu il Türkiyəyə gələn turistlər daha az pul xərcləyiblər. Mütəxəssislərin hesablamasına görə, indi turistlər adambaşına 700-800 dollardan çox pul xərcləmirlər. Bu vəziyyət ticarətə mənfi təsir göstərir.
Türkiyə Otellər Assosiasiyasının (TÜROB) prezidenti Teymur Bayındır deyib ki, 2016-cı ilin ilk 9 ayında İstanbul otellərinin yüklənməsi 2015-ci il ilə müqayisədə 30% aşağı düşüb. Ölkədə təhlükəsizlik səviyyəsinin aşağı düşməsi üzündən Avropadan gələn turistlərin sayı da xeyli azalıb.
Ekspertlər ümid edir ki, Tom Henksin baş rol aldığı “İnferno” filminin ekranlara çıxması Türkiyəyə gələn turislərin sayına təsir göstərəcək. (avropa.info)
İnterpress.az