İnterpress.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Ramin Namazov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
R. Namazovun bildirdiyinə görə, o mübahisə zəminində tanımadığı taksi sürücüsü tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az