İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində, qorxu turları təşkil edilən bir “Haunted ev”də yaşandığı iddia edilən vəhşilik dolu anların görüntüsü, ictimai mediada bomba təsiri yaradıb. Pulsuz “xidmət verən\” evdə, özlərini bir qorxu filminin içindəymiş kimi hiss etmək istəyən ziyarətçilərə, öz xoşları ilə işgəncə edilib. ABŞ-ın San Dieqo şəhərində dünyanın ən qorxunc “Şeytanlar evi”olaraq tanınan McKamey Manoraya “əylənmək” üçün gələn Amy Milligan az qala həyatını itirirmiş. Minlərlə adamın gözləmə siyahısında olduğu və çox az ziyarətçinin qəbul edildiyi qorxu turuna qatılan ABŞ-lı qadın məruz qaldığı işgəncəni “San Diego Union Tribune” qəzetinə izah edib.
Milliganın dediklərinə görə, Şeytanlar evində boğulma hissi vermək üçün qadının başına bir torba keçirilərək üzərindən su tökülüb və bu işgəncə əsnasında ölümlə burun-buruna gəldiyini hiss edib. Milliganın yaşadığı dəhşət dolu anları , ABŞ-lı qadının məruz qaldığı əziyyəti “Youtube”a yüklənən görüntülər kifayət qədər göstərsə də, Milligan, ən şiddətli hissələrin senzuraya məruz qalaraq evin idarəçiləri tərəfindən YouTubeyə verildiyini iddia edir. Görüntülərdə, ABŞ-lı qadının binanın zəmin qatına endirildiyi, təpikləndiyini saçlarından asıldığı görünür.
Sonrasında Milligan, çirkli su içindəki bir dondurucuya yerləşdirilir və Şeytanlar evinin oyunçuları tərəfindən əlləri bağlanıb başı suya soxularaq nəfəssiz buraxılır. Həm fiziki, həm də ruhi olaraq yara aldığını ifadə edən qadın, Şeytanlar evinin oyunçularına bu əziyyətə bir son vermələri üçün dəfələrlə yalvardığını, lakin onu dinləmədiklərini ifadə edib. Yaşadığı travmadan sonra Milligan, polisə şikayət edib. ABŞ polisi bu qorxulu evin və proyektin təşkilatçısı McKamey Manor haqqında araşdırmaya başlayıb.
“Fiziki işgəncə vermirik, yaşananlar psixoloji…”.
Bu ev, ziyarətçiləri pulsuz olaraq qəbul edir və onları bir qorxu filminin içindəymiş kimi hiss etdirmək üçün ziyarətçilərə işgəncə tətbiq edir. Proyektin administratorları, burada ziyarətçilərə edilənlərin yalnız “psixoloji təzyiq” olduğunu və fiziki bir acı yaşatmadıqlarını bildiriblər. Ziyarətçilərin 21 yaşından böyük olması və ölümcül bir səhiyyə problemlərinin olmaması lazımdır. “Bura gələn ziyarətçilerimiz az çox nə ilə qarşılaşacaqlarını bilirlər” deyən administratorlar, ziyarətçilərin təsdiqini almadan, qorxu dövrü əsnasında çəkilmiş görüntüləri ictimai mediaya yükləmədiklərini ifadə veriblər.
İnterpress.azhttps://youtube.com/watch?v=y_nZSNM2twE